21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib. Millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçirləcək. Qarşılaşmaların başlama saatı barədə saytımızda məlumat veriləcək.