az en
News / Millimizin daha bir oyununun yeri müəyyənləşib

Millimizin daha bir oyununun yeri müəyyənləşib

U-21 Dərc olundu: 12.07.2024 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib. F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da baş tutacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.
Millimizin daha bir oyununun yeri müəyyənləşib
Baş Sponsor