U-21 "Şamaxı" ilə yoxlama görüşü keçirib
U-21
Dərc olundu: 17.01.2026
Çap
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
U-21 millimiz son matçında Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.