az en
News / U-21 Qırğızıstan yığması ilə qarşılaşıb

U-21 Qırğızıstan yığması ilə qarşılaşıb

U-21 Dərc olundu: 09.06.2026 Çap
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb.
U-21 Qırğızıstan yığması ilə qarşılaşıb
U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Sav” stadionunda baş tutan görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 59-cu dəqiqədə Nihat Əhmədzadə vurub.
Qeyd edək ki, U-21 iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.
Baş Sponsor