az en
News / “BirDəqiqəlikFilm” çəkilişi təlimi keçirlib

“BirDəqiqəlikFilm” çəkilişi təlimi keçirlib

AFFA Dərc olundu: 25.05.2015 Çap
Mayın 11-dən 15-dək AFFA və UNICEF-in əməkdaşlığı çərçivəsində UNICEF-in “BirDəqiqəlikFilm” çəkilişi təlimi təşkil olunub.
 
“BirDəqiqəlikFilm” çəkilişi təlimi keçirlib
Təlim theoneminutesJr qeyri-hökümət təşkilatının nümayəndələri tərəfindən keçirilib.
Təlimdə qızlardan ibarət U-15 və U-17, həmçinin oğlanlardan ibarət U-16 və U-17 Azərbaycan yığma komandalarının oyunçuları Ayşən Əhmədova, Samirə Vəliyeva, Pilağa Mehdiyev, Elçin Əsədov, Vüsalə Seyfəddinova, Kamran Əliyeva, Arzu  Əliyeva, Bayram Paşazadə, Fərid Nadirov və Firəngiz Teymurova iştirak edib. 
5 gün ərzində oyunçular idmanla bağlı öz ideyaları əsasında filmlər üçün ssenari hazırlayıb, təlimçilərin köməyi ilə bir dəqiqəlik filmlər çəkiblər. Təlim bitdiyi gün oyunçular öz filmlərini AFFA və UNICEF-in nümayəndələrinə təqdim ediblər.
UNICEF Azerbaijan-ın əsas nümayəndəsinin müavini xanım Nafisa Binte Shafique qeyd edib ki, filmlər çox mükəmməl və keyfiyyətli alınıb. Filmlərdə futbola maraq və sevgi, idmanın sağlamlığa və fərdi inkişafa xeyri, futbolda və idmanda gender bərabərliyi, məqsədlərin yaşadılması mövzuları öz əksini tapıb. Filmləri aşağıda qeyd olunan keçiddən izləyə bilərsiniz.
 
 
 
Baş Sponsor 
Partnyorlar