az en
News / "Bizi yalnız qələbə qane edir"

"Bizi yalnız qələbə qane edir"

A Milli Dərc olundu: 03.09.2016 Çap
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Mariono – Azərbaycan oyunu ilə bağlı mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçkinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
"Bizi yalnız qələbə qane edir"
"Hazırlıqdan razı qalmışam. Avqustun 24-dən komanda toplanışdadır. Bakıda da bunu bildirmişdim – şərait məni tam qane etdi. Təəssüf ki, iki futbolçumuz – Bədavi Hüseynov və Ruslan Abışov zədəli olduqları üçün bizimlə deyillər. Sabahkı oyuna tam hazırıq. İlk oyuna qələbə ilə başlamaq istəyirik. Hədəfimiz Bakıya 3 xalla qayıtmaqdır. Əminəm ki, hamını əsas heyət maraqlandırır. Təəssüf ki, zədəli futbolçularımız var. Hava yaxşıdır və heç bir çətinlik, psixoloji gərginlik yoxdur. Sabahkı oyunu böyük həvəslə gözləyirik. Məşqdəki performansı göstərsək, heç bir çətinliyimiz olmayacaq. Bu oyuna nikbin baxmalıyıq. Son yoldaşlıq oyunlarından da razı qalmışam. Komandam həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Klublarında əsas heyətə düşməyən futbolçular da özlərini yaxşı tərəfdən göstərir. Ramil Şeydayev və Emil Mahmudov da komandaya sağlam rəqabət gətirir. Bizi yalnız qələbə qane edir. Son oyunlarda qol şanslarından istifadə edə bilməmişik. Bunun da üzərində işləmişik. Rəqibi kifayət qədər təhlil etmişik".
 
Baş Sponsor 
Partnyorlar