az en
News / Futbol veteranları beynəlxalq turnirdə iştirak edəcək

Futbol veteranları beynəlxalq turnirdə iştirak edəcək

AFFA Dərc olundu: 11.01.2017 Çap
Futbol veteranlarından ibarət Azərbaycan milli komandası yanvarın 15-də Gürcüstanın paytaxtı Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.
 
Futbol veteranları beynəlxalq turnirdə iştirak edəcək
Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.
Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
Oqtay Abdullayev
Rüstəm Rəhimov
Asim Xudiyev
Hüseyn Məhəmmədov
Marat Salyanski
Arif Əsədov
Nadir Əliyev
Nazim Süleymanov
Vidadi Rzayev
Əli Abışov
Ağatahir Əzimov
Rəcəb Fərəczadə
Namiq Məmmədkərimov
Mahmud Qurbanov
Allahverdi Babayev
 
Baş Sponsor 
Partnyorlar