az en
News / Gəncədə Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Gəncədə Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Kütləvilik Dərc olundu: 28.09.2017 Çap
Xəbər verdiyimiz kimi, Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçirilib. Festivalda 6-13 yaş arası uşaqlar iştirak ediblər.
 
Gəncədə Kütləvi Futbol Həftəsi festivalı keçirilib
Festivalın ilk günündə oğlanlar meydana çıxıb. 32 komandanın heyətində 160 iştirakçının qatıldığı yarışın qalıbi “Kəpəz” komandası olub. Təhsil İdman Məktəbi ikinci, “Olimpiyakos” isə üçüncü pilləni tutub. Ən gənc iştirakçı isə 16 oktyabr 2011-ci il təvəllüdlü Məhəmməd Məmmədov olub.  
Qızların yarışına isə 50 iştirakçı qatılıb.
Yekunda qalib gələn komandalara, eləcə də iştirakçı qızların hər birinə AFFA-nın hədiyyələri, tədbirin təşkilində yaxından iştirak edən könüllülərə isə sertifikatlar verilib.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 
 
Baş Sponsor 
Partnyorlar