az en
News / “Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

“Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

U-17 Dərc olundu: 16.11.2019 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Almaniya yığması ilə keçirilmiş oyunla bağlı affa.az-a fikirlərini bildirib:
 
“Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”
“Qrupun favoriti, güclü Almaniya yığmasına qarşı oynadıq. İlk oyundan fərqli olaraq, uşaqlar bu dəfə tapşırığı yerinə yetirdilər. Almaniya kimi güclü komandaya qarşı 90 dəqiqə eyni tempdə mübarizə aparmaq çox çətindir. Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq. Məhz bu amilə görə futbolçularımı təbrik edirəm. Rəqib qapısında yaranmış epizodları dəyərləndirə bilsəydik, hesab arasındakı fərq az ola bilərdi. Bu qarşılaşma, bizim üçün böyük təcrübə oldu. Növbəti – sonuncu oyuna hazırlaşacağıq”.
 
Baş Sponsor 
Partnyorlar