az en
News / U-17 Belarus yığması ilə qarşılaşıb

U-17 Belarus yığması ilə qarşılaşıb

U-17 Dərc olundu: 23.04.2024 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
U-17 Belarus yığması ilə qarşılaşıb
Millimiz “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Turnirin bu gün keçirilən digər oyununda Özbəkistan milli komandası Tacikistan yığmasını 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-17 aprelin 25-də, saat 16:00-da Özbəkistan, aprelin 28-də, saat 13:00-da isə Tacikistan yığması ilə görüşəcək.

 
Baş Sponsor 
Partnyorlar