az en
News / Millimiz (U-17) Albaniya yığması ilə heç-heçə edib

Millimiz (U-17) Albaniya yığması ilə heç-heçə edib

U-17 Dərc olundu: 17.06.2024 Çap
Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Millimiz (U-17) Albaniya yığması ilə heç-heçə edib
U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.
Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baş Sponsor