az en
News / Millimiz (U-17) Albaniyada ikinci oyununu keçirib

Millimiz (U-17) Albaniyada ikinci oyununu keçirib

U-17 Dərc olundu: 19.06.2024 Çap
Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz (U-17) Albaniyada ikinci oyununu keçirib
U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Eqnatia Arena”da təşkil olunan matç Albaniya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.
Qeyd edək ki, bu komandalar arasında iyunun 17-də keçirilən ilk yoldaşlıq görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş Sponsor