az en
News / Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Dərc olundu: 24.04.2015 Çap
Bu gün AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib.
 
Lisenziya Komissiyasının iclası keçirilib
İclasda Lisenziya Komissiyasının üzvləri və Lisenziyalaşdırma Qrupunun əməkdaşları arasında Lisenziyalaşdırma qaydalarında keçən mövsümə nisbətən baş vermiş dəyişikliklər və Lisenziyalaşdırma Qrupunun mövsüm ərzindəki fəaliyyəti ilə bağlı hazırlanmış hesabat müzakirə olunub.
 
Lisenziya Komissiyasının üzvləri növbəti mövsümdə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciət etmiş klublar tərəfindən təqdim olunmuş sənədlərə ilkin baxış keçirib. Baxış zamanı sənədlərdə aşkarlanmış çatışmazlıqlar müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. İclasdan sonra qərarlar müvafiq klublara göndərilib.
 
Lisenziya Komissiyasının növbəti iclası mayın 15-i keçiriləcək. İclasda 2015-16-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciət etmiş klublara lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar qəbul olunacaq.
 
Baş Sponsor 
Partnyorlar