az en
News / Lisenziyalaşdırma ilə bağlı seminar keçiriləcək

Lisenziyalaşdırma ilə bağlı seminar keçiriləcək

Lisenziya Dərc olundu: 16.09.2016 Çap
Sentyabrın 21-dən etibarən Maltanın Saint Julians şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçiriləcək.
 
Lisenziyalaşdırma ilə bağlı seminar keçiriləcək
UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvətilə digər Konfederasiyaların nümayəndələri (AFC, CONMEBOL, CONCACAF) də tədbirdə iştirak edəcəklər.
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Anar Kazımlının iştirak etdiyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
Ötən lisenziyalaşdırma mövsümünün icmalı
- 2016-cı il üzrə Lisenziyalaşdırma üzrə qəbul olunmuş qərarlar və müvafiq nəticələr
- “3 illik üzvlük qaydası” və xüsusi icazənin tətbiq olunması
- UEFA-nın Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
Lisenziyalaşdırma sisteminin və meyarların müzakirəsi
- FİFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarında baş verəcək dəyişikliklərin müzakirəsi
- Gələcək 2018-2021-cı il dövründə UEFA-nın yarışlarında tətbiq olunacaq dəyişikliklərin Lisenziyalaşdırma və Maliyyə Fair Play sisteminə potensial təsiri
- Qadın futbolunun inkişafında Lisenziyalaşdırma sisteminin vacibliyi
- Gənclər Futbolunun İnkişafı Proqramının qiymətləndirilməsi və Futbol Akademiyalarının inkişafı
- Klubların azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti ilə bağlı müzakirələr
- Klubların əlil azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti ilə bağlı müzakirələr
- Malta Futbol Assosiasiyası tərəfindən tətbiq olunan lisenziyalaşdırma sisteminin icmalı
Maliyyə Fair Play-i
- 2015-16-cı illər ərzində Maliyyə “Fair Play” üzrə klublarda aparılan monitorinqlər və onların nəticələri
- Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti
UEFA-nın və federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər və müzakirələr
Seminar sentyabrın 23-də başa çatacaq.
 
Baş Sponsor 
Partnyorlar