az en
News / "Məğlub olmusansa, çox danışmaq münasib deyil"

"Məğlub olmusansa, çox danışmaq münasib deyil"

Futzal Dərc olundu: 09.02.2016 Çap
Futzal üzrə AÇ-nin 1/4 final mərhələsində keçirilmiş  Rusiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perezin affa.az-a verdiyi açıqlamanı diqqətinizə çatdırırıq:
 
"Məğlub olmusansa, çox danışmaq münasib deyil"
“İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.
 
Baş Sponsor 
Partnyorlar