az en
News / Mətbuat konfransı keçirilib

Mətbuat konfransı keçirilib

A Milli Dərc olundu: 04.10.2017 Çap
DÇ-2018-in  seçmə mərhələsində oktyabrın 5-də keçiriləcək Azərbaycan – Çexiya oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçkinin, həmiçinin millimizin üzvləri Rəşad Sadıqov və Rahid Əmirquliyevin iştirakı ilə mətbuat konfransı təşkil olunub:
 
Mətbuat konfransı keçirilib

Robert Prosineçki: “Sabah seçmə mərhələnin sonuncu ev oyununda güclü rəqiblə qarşılaşacağıq. Çexiya yığmasını təhlil etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardır, topla davranışları çox yaxşıdır. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev oyunumuzu yaxşı keçirib, istədiyimiz nəticəni qazanmaqdır. Komandamın və mənim motivasiyam həmişə yüksək olur. Bu, turnir cədvəlindəki mövqeyimizdən asılı deyil. Sabah azarkeşləri sevindirmək istəyirik. Çexiya yığmasının futbolçuları Avropanın müxtəlif klublarında çıxış edir. Bu mənada, bizi çətin oyun gözləyir. Amma komandama, futbolçularıma güvənirəm. İki zədəli futbolçumuz var. Əfsus ki, sonuncu məşqdə Maksim Medvedev zədələndi. O, sabahkı oyunu və Almaniya ilə yığması ilə qarşılaşmanı buraxacaq. Digər zədəli futbolçumuz isə klubundan zədəli gələn Araz Abdullayevdir”.
 
Rəşad Sadıqov: “Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son 2 oyununu izləmişik. Rəqib çox yaxşı formadadır. Çexiya yığması hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Şəxsi fikrimdir ki, Şimali İrlandiya millisindən üstün oyun göstərirlər. Biz də yaxşı hazırlaşmışıq. Sonuncu ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”.
 
Rahid Əmirquliyev: “Çexiya yığması turnir cədvəlində bizdən 1 pillə aşağıda olsa da, çox güclü rəqiblə üz-üzə gələcəyik. Onları yaxşı analiz etmişik. Sonuncu ev görüşümüzə çıxacağıq. Buna görə də, azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, yaxşı nəticəyə imza atarıq”.

 

Gələcək Oyunlar

Daha çox

Keçmiş Oyunlar

Daha çox
Baş Sponsor 
Partnyorlar