az en
News / “Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir

“Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir

Turnir Dərc olundu: 15.10.2019 Çap
AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir. 13-14 yaşlı futbolçulardan ibarət komandaların iştirak etdiyi turnirdə Özbəkistan iki -  “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyaları ilə təmsil olunur. Digər iştirakçılar isə “Qarabağ”, “Rekord” və “Araz Naxçıvan”ın müvafiq yaş qrupundan ibarət komandalarıdır. Dairəvi sistem üzrə üzrə keçirilən turnirə oktyabrın 18-də yekun vurulacaq.
 
“Naxçıvan Kuboku-95” beynəlxalq turniri keçirilir
Baş Sponsor 
Proyekt Partnyorları