az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 05.05.2015 Çap
1 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 45-ci dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Nikolas Kanales kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
 
İntizam Komitəsinin qərarları
2 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXII turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
2 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” – “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2). Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52.1).
30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Simurq”  – “İnter”  matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXII turunun “Neftçi” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 50 №-li futbolçusu Aleksandr Qross sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
“Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görüləcək.
Oyunun baş hakimi haqqında Hakimlər komitəsi lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
1 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Bakılı” – “Şahdağ” matçının 31-ci dəqiqəsində “Bakılı” klubunun 9 №-li futbolçusu Büşrah Əlili sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
1 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Zirə” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
29 aprel 2015-ci il U-19 Liqasının “Simurq” – “Əlincə” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun 56 №-li futbolçusu Seyidrəzi Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 aprel 2015-ci il U-19 Liqasının “Neftçi” – “Rəvan” matçının 19-cu dəqiqəsində “Rəvan” klubunun 10 №-li futbolçusu Urfan İsmayılovun idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 90 №-li futbolçusu Emil Həsənzadə, 90+1-ci dəqiqəsində isə 10 №-li futbolçusu Sənan Əbilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 48).
27 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Kəpəz” – “Simurq” matçının 28-ci dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu Mehman Qədirov təhqir edici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
27 aprel 2015-ci il Bakcell U-17 Liqasının “İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “İnter” klubunun 10 №-li futbolçusu Asif Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
30 aprel 2015-ci il U-16 Liqasının AZAL – “Neftçi” matçının 48-ci dəqiqəsində AZAL klubunun 7 №-li futbolçusu Ənvər Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
30 aprel 2015-ci il U-16 Liqasının “Turan Tovuz” – “Şirvan” matçında “Şirvan”  klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 aprel 2015-ci il U-15 Liqasının “Bakı” – “Neftçi” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Məhəmməd Məmmədov rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3). Oyunun 23-cü dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Fərid Nadirov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
30 aprel 2015-ci il futzal üzrə Azərbaycan çempionatının “Khazar İslands” – EKOL matçının 40-cı dəqiqəsində EKOL klubunun 13 №-li futbolçusu David Balaxidze aqressiv hərəkət,  rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
3 may 2015-ci il futzal üzrə Azərbaycan çempionatının “Neftçi” – “Fənər” FK matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Fərid Atakişiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 may 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “BEGOC” – “Admiral” matçının 28-ci dəqiqəsində “Admiral” klubunun 7 №-li futbolçusu Asim Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Baş Sponsor 
Partnyorlar