az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.04.2024 Çap
17.04.2024-cü il tarixində I Liqada XXII turun “İrəvan” – “Şamaxı” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 74.1);
İntizam Komitəsinin qərarları
17.04.2024-cü il tarixində I Liqada XXII turun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
 
18.04.2024-cü il tarixində I Liqada XXII turun “Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);
 
18.04.2024-cü il tarixində I Liqada XXII turun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir (maddə 37);
 
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununun 89-cu dəqiqəsində “Şahdağ Qusar” komandasının 97 nömrəli futbolçusu Kənan Mirzəliyev ikinci "sarı"dan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilir (maddə 37);
 
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Lerik” – “Füzuli” oyununun 88-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 80 manat cərimə edilir (maddə 41);
 
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Lerik” – “Füzuli” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” klubu 50 manat cərimə edilir (maddə 70.1);
 
16.04.2024-cü il tarixində II Liqada XXI turun “Ağdaş” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Cəbrayıl” klubu 100 manat cərimə edilir (maddə 91).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
 
Baş Sponsor 
Partnyorlar