10 iyul 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” FK komandasının heyətində 44 nömrəli futbolçu İslam Şahgəldiyev qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41).
13 iyul 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Zirə" PFK - "Neftçi" PFK oyununda "Neftçi" PFK komandasının məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.2).
13 iyul 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən "Zirə" PFK - "Neftçi" PFK oyununda "Neftçi" PFK komandasının məşqçisi İsmayıl Məmmədova "Zirə" PFK komandasının azarkeşləri tərəfindən fiziki təzyiq göstərildiyinə görə, "Zirə" PFK komandasının növbəti 5 ev oyunu azarkeşsiz keçirilsin. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq "Zirə" PFK komandası 500 manat cərimə edilir (maddə 1).
07 iyul 2024-cü il tarixində Həvəskarlar Liqasının "City Baku" – "Ulduz Mingəçevir" oyununda "Ulduz Mingəçevir" komandasının heyətində 45 nömrəli futbolçu Namiq İbrahimli oyundan sonra hakimin qərarına kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.2).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.