29 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sabah” FK – “Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 18 nömrəli futbolçu Əli Bədəlzadə hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).
30 iyun 2024-cü il tarixində AHHF-nin (Həvəskarlar liqası) 1/8 final mərhələsinin “Ramana” FK – “Lokomotiv Baku” FK oyununda “Ramana” FK-nın heyətində Haqverdi Həsənovun transferi zamanı yarışın transfer qaydaları pozulduğuna görə, “Ramana” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2).
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.