az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.10.2015 Çap
8 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun V turunun “Neftçala” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
 
İntizam Komitəsinin qərarları
8 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun V turunun “Göyəzən” – MOİK matçında MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 90+3-cü dəqiqəsində MOİK klubunun 3 №-li futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
8 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şahdağ” – “Turan T” matçının 35-ci dəqiqəsində “Şahdağ”  klubunun 8 №-li futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
9 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun V turunun “Energetik” – “Zaqatala” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 44-cü dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur(maddə 42.3).
9 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun V turunun “Bakı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 5–ci dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
7 oktyabr 2015-ci il U-19 Liqasının “Qarabağ” – AZAL matçının 41-ci dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Cavidan Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 oktyabr 2015-ci il U-19 Liqasının “Bakı” – “Qəbələ” matçının 45-ci dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Amin Seydiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 oktyabr 2015-ci il Bakcell U-17 Liqasının AZAL – “Zirə” matçının 75-ci dəqiqəsində AZAL klubunun 99 №-li futbolçusu Fərid Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 oktyabr 2015-ci il U-16 Liqasının “Neftçi İK İB” – “Bakı” matçının 75-ci dəqiqəsində “Neftçi İK İB”  klubunun 1 №-li futbolçusu Tamerlan Şərifov  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasında “İnter” – “Neftçi İK İB” matçının 35-ci dəqiqəsində “İnter” klubunun 3 №-li futbolçusu Tofiq Hüseynov  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasında “Gəncə TİM” – “Rəvan” matçının 9-cu dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Məhərrəm Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 oktyabr 2015-ci il U-12 Liqasının UGİM (Xızı) – “Təhsil RİM” (Sumqayıt) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar