az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 01.11.2017 Çap
27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ” klubunun 25 №-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
28 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
28 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 43-cu dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
26 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 ,“Mil-Muğan” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 90+4-cü dəqiqəsində “Mil-Muğan” klubunun  3 №-li futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır , klub 320 manat cərimə olunur (maddə 42.3).
27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun  MOİK – “Turan Tovuz” matçının 88-ci dəqiqəsində MOİK klubunun 7 №-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun “Sabah” – “Xəzər” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 48).
25 oktyabr 2017-ci il Gənclər Liqasında, “Kəpəz” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Kəpəz” klubunun 15 №-li futbolçusu Seymur Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 oktyabr 2017-ci il, U-16 Liqasında, “Sumqayıt” – “İnter” matçının 80-ci dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 oktyabr 2017-ci il, U-16 Liqasında, “Turan” – “Kəpəz” matçının 78-ci dəqiqəsində “Kəpəz” klubunun 6 №-li futbolçusu Nemət Musayev və “Turan” klubunun 14 №-li futbolçusu Fərid Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə  meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 42.1).
29 oktyabr 2017-ci il, U-16 Liqasında, “Sumqayıt” – “Vətən” matçının 70-ci dəqiqəsində “Vətən” klubunun 5 №-li futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 oktyabr 2017-ci il, U-16 Liqasında, UGİM (Göygöl) – Şəms UGİM-1 matçının 44-cü dəqiqəsində UGİM klubunun 9 №-li futbolçusu Arif Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 oktyabr 2017-ci il, U-11 Liqasında, “Gəncə TİM” (Gəncə) – “Azəri TİM” (Gəncə) matçında “Azər TİM” klubunun məşqçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
28 oktyabr 2017-ci il, U-11 Liqasında, “Gənclik FT Gimnaziya” (Gəncə) – “Ümid TİM” (Gəncə) matçında “Gənclik FT Gimnaziya” komandasının iştirak etməməsinə görə  0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrar olunduğu üçün komanda yarışlardan kənarlaşdırırlır.
29 oktyabr 2017-ci il, U-11 Liqasında, UGİM (Mingəçevir) – UGİM (Bərdə) matçında UGİM (Mingəçevir) komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 oktyabr 2017-ci il, U-10 Liqasında, “Göyçə” (Bakı) – “Sərhədçi” (Bakı) matçında “Göyçə” komandasının iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 oktyabr 2017-ci il, U-10 Liqasında, “Kəpəz” (Gəncə) – UGİM (Gənclərbirliyi) matçında UGİM komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 oktyabr 2017-ci il, U-13 qızlar Liqasında, UGİM (İsmayıllı) – “Natavan Təhsil” (Gəncə) matçında “Natavan Təhsil” komandasının iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2017-ci il, Qızlar Yüksək Liqasında , “Təhsil” FM  – “Qubek” (Balakən) matçında “Qubek” klubunun baş məşqçisi İdris Bədirov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
 
Baş Sponsor 
Partnyorlar