az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.01.2018 Çap
16 dekabr 2017-ci il, Yüksək Qızlar Liqasında, "Fidan" FK – "Gənclik" matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
İntizam Komitəsinin qərarları
23 dekabr 2017-ci il, U-13 Qızlar Liqasında, "Gömrükçü" FK – "Sumqayıt" FK matçında "Sumqayıt" komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
27 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun 20 №-li futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Baku Fans” klubunun 20 №-li futbolçusu Aqşin Ömərov oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılır.
Oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilir.
6 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin I dəstəsinin “Standard” – “İtaldizayn” matçının 23-cü dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Nicat Baxşıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
5 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hell Energy” – ADBTİA matçının 24-cü dəqiqəsində ADBTİA klubunun 3 №-li futbolçusu Əbdül Əliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. 
 
Baş Sponsor 
Partnyorlar