az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 02.05.2018 Çap
28 aprel 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXV turunun  “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılmışdır. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.
 
İntizam Komitəsinin qərarları
29 aprel 2018-ci il, 2017/2018-ci il mövsümündə, XXVI Topaz Premyer Liqasının XXV turunun  “Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
29 aprel 2018-ci il, 2017/2018-ci il mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Vüqar Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 400 manat cərimə olunur.
26 aprel 2018-ci il, 2017/2018-ci il mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
27 aprel 2018-ci il, 2017/2018-ci il mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Xəzər” matçında “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
26 aprel 2018-ci il, Region Liqanın “Oğuz” – “Şəki” matçında "Oğuz" komandasının iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
29 aprel 2018-ci il, Region Liqanın “Oğuz” – “Şirvan” matçında hər iki komanda iştirak etmədiyinə görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
30 aprel 2018-ci il, Bakcell U-17 Liqasının “Neftçi” – “Keşlə” matçının 39-cu dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Vüsal Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
21 aprel 2018-ci il, Boulevard U-15 Liqasının “Zaqatala” – “İsgəndər Cavadov BFA” matçının 65-ci dəqiqəsində “Zaqatala” klubunun 7 №-li futbolçusu Fərda Qurbanova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
28 aprel 2018-ci il Yüksək Qızlar Liqasının "Təhsil FM" – "Zaqatala" matçında "Zaqatala" komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
28 aprel 2018-ci il Yüksək Qızlar Liqasının "Qubek" – "Fidan" matçında "Fidan" komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
28 aprel 2018-ci il, futzal üzrə Yüksək Liqanın XXVI turunun “Marafon Futsal” – “Araz” matçının 18-ci dəqiqəsində “Araz” klubunun 6 №-li futbolçusu Eduardo Borges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 18-ci dəqiqəsində “Araz” klubunun 11 №-li futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 37-ci dəqiqəsində “Araz” klubunun 5 №-li futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 40-cı dəqiqəsində “Araz” klubunun 1 №-li futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
1 may 2018-ci il, futzal üzrə Yüksək Liqanın XXVII turunun “EKOL” – “Xəmsə” matçında "Xəmsə" komandas iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.  
 
 
Baş Sponsor 
Partnyorlar