az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.11.2018 Çap
31 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VII turunun təxirə salınmış “Keşlə” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Keşlə” klubunun 17 №-li futbolçusu Samir Məsimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
4 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının X turunun “Zirə” – “Səbail” matçının 60-cı dəqiqəsində “Səbail” klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
1 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Zirə-2” – “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
1 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Turan Tovuz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
2 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Qarabağ-2” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
2 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Ağsu” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
1 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Səbail-2” – “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun 96 №-li futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.5).
13 oktyabr 2018-ci il, Region Liqasının, “Şəki” – “Oğuz” matçının 90+4-cü dəqiqəsində “Oğuz” klubunun 3 №-li futbolçusu Ramin Əliyev və 20 №-li futbolçusu Fərid Abdullayev hakimi təhqir etdiyinə görə futbolçular 4 oyun cəzalanır (maddə 42.3).
4 noyabr 2018-ci il, Region Liqasının, “Qoşqar UGİM 2” – “Energetik” matçının 55-ci dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
31 oktyabr 2018-ci il, Gənclər Liqasının, “Neftçi” – “Sabah” matçının 53-cü dəqiqəsində “Sabah” klubunun 6 №-li futbolçusu Fərrux Fərzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 noyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Neftçi” İK İB – “Keşlə” matçının 90-cı dəqiqəsində “Keşlə” klubunun 4 №-li futbolçusu Fərid Muxtarov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanr (maddə 42.3).
3 noyabr 2018-ci il, Boulevard U-15 Liqasının, “Neftçi” İK İB – “Zirə” matçının 63-cü dəqiqəsində “Zirə” klubunun 3 №-li futbolçusu Hüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
4 noyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Əlincə” – “Səbail” matçının 58-ci dəqiqəsində “Əlincə” klubunun 19 №-li futbolçusu İsmayıl Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
4 noyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Təhsil” (Saatlı) – UGİM (Göyçay) matçının 45-ci dəqiqəsində UGİM klubunun məşqçisi Elman Hüseynov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.3).
27 oktyabr 2018-ci il U-13 qızlar Liqasında, “Mingəçevir” – “Kür” FK (Samux) matçında “Mingəçevir” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
3 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci dəstəsnin   “Şərq” – ADBTİA matçının 22-ci dəqiqəsində “Şərq” komandasının heyətində yetərsay olmadığına görə oyun yarımçıq dayandırılıb. Oyun dayandırılan dəqiqədə hesab 5:0-dan böyük olduğuna görə, matçın hesabı – 18:1 ADBTİA komandasının xeyrinə olduğu kimi saxlanılır.
4 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci dəstəsinin “Atletiko Baku” – “Rəvan” matçının 30-cu dəqiqəsində “Atletiko Baku” klubunun 11 №-li futzalçısı Səid Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Oyunun 11-ci dəqiqəsində “Atletiko Baku” klubunun məşqçisi Zaur Səmədov  hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılmışdır (maddə 42.3). Oyun bitdikdən sonra Zaur Səmədov hakimlər briqadasına fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanır (maddə 42.3) (maddə 38.5) (maddə 38.8).
 
Baş Sponsor 
Partnyorlar