az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.11.2018 Çap
10 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
 
İntizam Komitəsinin qərarları
11 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 15 №-li futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
11 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.
08 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun X turunun “Keşlə-2” – MOİK matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 41-ci dəqiqəsində MOİK klubunun inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasına təhqir edici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.4).
Oyunun 73-cü dəqiqəsində MOİK klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).
08 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Səbail-2” matçında başlama vaxtı təyin olunduğundan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur (maddə 53.3).
08 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Kəpəz” – “Şüvəlan” matçının 80-cı dəqiqəsində “Şüvəlan” klubunun 9 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
09 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Sabah-2” – “Sumqayıt-2” matçında “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 26 №-li futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
09 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Turan Tovuz” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
“Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 80 manat cərimə olunur (maddə 74).
09 noyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Zaqatala” – “Ağsu” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
11 noyabr 2018-ci il, Region Liqasının, “Energetik” FK – “Şəki” FK matçının 90+1-ci dəqiqəsində “Şəki” klubunun 11 №-li futbolçusu Yusif Almazağazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, Region Liqasının, “Bakı” FK – “Uğur” FK matçının 60-cı dəqiqəsində “Uğur” klubunun 31 №-li futbolçusu Mikayıl Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, Region Liqasının, “Gənclik” İK – “Tufan” FK matçının 86-cı dəqiqəsində “Gənclik” İK klubunun 3 №-li futbolçusu Fuad Piriyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 noyabr 2018-ci il, Region Liqasının, “Araz” (Saatlı) – “Kürdəmir” matçının 85-ci dəqiqəsində “Araz” klubunun 10 №-li futbolçusu Şəhriyar Bədirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
07 noyabr 2018-ci il, Gəclər Liqasının, “Zirə” – “Neftçi” matçının başa çatdıqdan sonra “Zirə” klubunun 10 №-li futbolçusu Kənan Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
07 noyabr 2018-ci il, Gəclər Liqasının, “Sabah” – “Keşlə” matçının 53-cü dəqiqəsində “Sabah” klubunun 2 №-li futbolçusu Xəyyam Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Neftçi” PFK – “Neftçi” İK İB matçının 90-cı dəqiqəsində “Neftçi” PFK klubunun 8 №-li futbolçusu Fərid Yusifli rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
08 noyabr 2018-ci il, U-16 Liqasının, “İsgəndər Cavadov” BFA – “Viləş” matçının 72-ci dəqiqəsində “İsgəndər Cavadov” BFA klubunun 8 №-li futbolçusu İbrahim Məmmədovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
08 noyabr 2018-ci il, U-16 Liqasının, “Səbail” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Səbail” klubunun 8 №-li futbolçusu Arif Məmmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
08 noyabr 2018-ci il, U-16 Liqasının, “Qarabağ” – “Sumqayıt” matçının 69-cu dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Ayaz Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, Boulevard U-15 Liqasının, “Qarabağ” – “Sabah” matçının 70+1-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Rəvan Əvəzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 noyabr 2018-ci il, Boulevard U-15 Liqasının, “İsgəndər Cavadov” BFA – “Xilə” matçının 70+6-cı dəqiqəsində “İsgəndər Cavadov” BFA klubunun 11 №-li futbolçusu Teyyub İbrahimovun rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
10 noyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Səbail” – “Binə” matçının 57-ci dəqiqəsində “Səbail” klubunun 13 №-li futbolçusu Hüseyn Əskərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
07 noyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Qarabağ” – “Şüvəlan” matçının 36-cı dəqiqəsində “Şüvəlan” klubunun 3 №-li futbolçusu Mirəhməd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
08 noyabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Sabah” – “Zirə” matçının 32-ci dəqiqəsində “Sabah” klubunun 18 №-li futbolçusu Talib Ramazanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
10 noyabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Təhsil” (Neftçala) – “Muğan” (Salyan)  matçının 45-ci dəqiqəsində “Təhsil” klubunun 2 №-li futbolçusu Rəvan Cəfərovun rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
10 noyabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Gənclik” (Şəki) – “Balakən” matçının 45-ci dəqiqəsində “Gənclik” klubunun 18 №-li futbolçusu Osman Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, U-12 Liqasının, “Neftçi” İK İB – “Səbail” matçının 36-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 2 №-li futbolçusu Həsən Vəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
Oyunun 50+3-cü dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Əli Nəbizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
03 noyabr 2018-ci il, U-11 Liqasının, “Quba” OK – ŞKGB matçında ŞKGB komandasanın heyətində yetər say olmaması görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 noyabr 2018-ci il, U-10 Liqasının “Sabah” – “Qarabağ” matçının 34-cü dəqiqəsində “Sabah” klubunun məşqiçisi Savalan Əlizadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
27 oktyabr 2018-ci il Yüksək Qızlar Liqasının “Zaqatala” PFK – “Fidan” (Bakı) matçında “Zaqatala” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
07 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının “Araz” – “Yasamal” matçının 19-cı dəqiqəsində “Araz” klubunun 12 №-li futbolçusu Rövşən Hüseynli rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).
11 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Gilan” – “Bədr” matçının 8-ci dəqiqəsində “Bədr” klubunun 77 №-li futbolçusu Emin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Borçalı” – “Hövsan” matçının 8-ci dəqiqəsində “Borçalı” klubunun 13 №-li futbolçusu Anar Səlimov və “Hövsan” klubunun 6 №-li futbolçusu Valeh Həsəsnov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.1).
11 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Təbriz” – “Avanqart” matçının 25-ci dəqiqəsində “Avanqart” klubunun 11 №-li futbolçusu Rasim Əhmədov və “Təbriz” klubunun 9 №-li futbolçusu Etibar İmanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 38.2).
10 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin ADBTİA – “Ulduz” matçının 26-cı dəqiqəsində ADBTİA klubunun 15 №-li futbolçusu Taleh Muradovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
11 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin “Rəvan” – “Baker Hughes” matçında “Baker Hughes” komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar