az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.04.2024 Çap
10.04.2024-cü il tarixində I Liqada XXI turun “İmişli” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);
 
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Karvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu tərəfindən stadionun əmlakına vurulmuş zərər MOİK klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Şamaxı” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
 
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Qaradağ Lökbatan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
 
08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Kür-Araz” klubunun 9 nömrəli futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Kür-Araz” klubu 200 manat cərimə edilir (maddə 43.1);
 
08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilir (maddə 70.1);
 
08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);
 
08.04.2024-cü il tarixində II Liqada XX turun “Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Dinamo” klubunun 5 nömrəli futbolçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Dinamo” klubu 300 manat cərimə edilir (maddə 40.3);
 
09.04.2024-cü il tarixində II Liqada XX turun “Füzuli” – “Sheki City” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);
 
09.04.2024-cü il tarixində II Liqada XX turun “Göygöl” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Göygöl” klubunun 17 nömrəli futbolçusu Çingiz Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
 
09.04.2024-cü il tarixində II Liqada XX turun “Kürmük Qax” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
 
7 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Neftçala” FK – “Şimal” FK oyununda “Neftçala” komandasının azarkeşləri oyun ərzində hakimlər briqadasını təhqir etdiyinə, ona hədə-qorxu gəldiyinə, ona fiziki təsir göstərməyə cəhd etdiyinə görə “Neftçala” komandasının növbəti 3 ev oyunu azarkeşsiz keçirilsin (maddə 1);
 
7 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Goranboy Qala” FK  -“Hypers” FC oyununda “Hypers” FC komandasının heyətində 6 nömrəli futbolçusu Rəhim Cəfərovun qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
6 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Ümid” FK (Saatlı) – “Bərdə” FK oyununda “Ümid” FK (Saatlı) komandasının heyətində 9 nömrəli futbolçusu Nurlan İsayevin qarşılaşmanın 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
6 aprel 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Ümid” FK (Saatlı) – “Bərdə” FK oyununda “Bərdə” FK komandasının heyətində 6 nömrəli futbolçusu Əli Mirzəyevin qarşılaşmanın 79-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
6 aprel 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Sabah” FK oyununda “Qarabağ” FK komandasının heyətində 4 nömrəli futbolçusu İlkin Adıgözəlovun qarşılaşmanın 86-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 39.1);
 
8 aprel 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Səbail” FK oyununda “Qarabağ” FK komandasının heyətində 10 nömrəli futbolçusu İsmayıl Kərimovun qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
7 aprel 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” FK – “Qarabağ” FK oyununda “Səbail” FK komandasının baş məşqçisi Elnur Abdullayevin qarşılaşmanın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun şərti olmaqla 5 oyun cəzalandırılsın (maddə 43.4, 32)
 
7 aprel 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Səbail” FK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 5 nömrəli futbolçusu Abdulaziz Cabbarlının  qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
6 aprel 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Lion PFK-İCBFA oyunu bitdikdən sonra İCBFA komandasının məşqçisi Qüdrət Ələsgərov hakimə qarşı kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
30 mart 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Ulduz” (Mingəçevir) – “Şorsu” (Şəki) oyunu “Şorsu” (Şəki) komandasının komandasının heyətində yetərsay olmadığı  üçün baş tutmadığına görə “Şorsu” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
7 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Azərbaycan Qartalları” FK – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 20 nömrəli futbolçusu Ömər Teyyublunun qarşılaşmanın 80-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 43.1);
 
8 aprel 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Qəbələ” İK – “Kəpəz” PFK oyununda “Qəbələ” İK komandasının heyətində 4 nömrəli futbolçusu Emil Təhməzovun qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Sumqayıt” FK – “Şirvansaray” FK oyununda “Şirvansaray” FK komandasının heyətində 4 nömrəli futbolçusu Tamerlan Nağıyevin  qarşılaşmanın 72-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 43.3);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “İmişli” FK – “Kürdəmir” FK oyununda “İmişli” FK komandasının heyətində 14 nömrəli futbolçusu Nurəddin Hüseynzadənin  qarşılaşmanın 35-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “İmişli” FK – “Kürdəmir” FK oyununda “Kürdəmir” FK komandasının heyətində 99 nömrəli futbolçusu Ənvər Mahmudlunun qarşılaşmanın 56-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 43.3);
 
30 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “İmişli” FK – “Kürdəmir” FK oyununda Kürdəmir FK-nın protokolda adı qeyd edilməyən məşqçisi Nahid Vahidov qarşılaşmanın 56-cı dəqiqəsində komandanı meydandan çıxartdığı üçün oyun yarımçıq dayandırıldığına görə Kürdəmir FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 60.1);
 
7 aprel 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Vətən İOEUGFMPHŞ” – “Zirə” PFK oyununda “Zirə” PFK komandasının heyətində 10 nömrəli futbolçusu Məhəmməd Hüseynlinin  qarşılaşmanın 57-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 40.1);
 
7 aprel 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Nabran Xaçmaz” – “Liman” UFK oyununun 36-cı dəqiqəsində “Liman” UFK komandasının məşqçisi Fərid Rəhimovun meydana daxil olaraq hakimin qərarına kəskin şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
7 aprel 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan “Araz Bakı” – “Mübariz” FA oyunu “Mübariz” FA komandasının heyətində yetərsay olmadığı  üçün baş tutmadığına görə “Mübariz” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
7 aprel 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Ələt” FK – “Paralimpiya” FK oyununda “Ələt” FK komandasının heyətində 10 nömrəli futbolçusu İsmayıl İslamovun qarşılaşmanın 57-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
7 aprel 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Talant” FK – “Azart” oyunu “Talant” FK komandasının heyətində yetərsay olmadığı  üçün baş tutmadığına görə “Talant” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
07.04.2024-cü il tarixində AFFA U-14 Qızlar Liqasının pley-off mərhələsinin “Balxurma” (Balakən) – “Ümid” (Gəncə) oyununda  “Balxurma” (Balakən) komandasının baş məşqçisi Fərəc Bulacov texniki zona qaydalarını kobud şəkildə pozaraq baş hakimi qeyri etik ifadələrlə təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor 
Partnyorlar