az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 25.12.2018 Çap
19 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 21 №-li futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
 
İntizam Komitəsinin qərarları
20 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Sabah” – “Qəbələ” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Sabah” klubunun 15 №-li futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
20 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu olan “Keşlə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 89-cu dəqiqəsində “Qarabağ” klubunun 52 №-li futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
23 dekabr 2018-ci il, Region Liqasının, “Uğur” – “Şıxlar” matçının 39-cu dəqiqəsində “Şıxlar” klubunun 14 №-li futbolçusu Vüsal Rzazadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
19 dekabr 2018-ci il, Gənclər Liqasının, “Zirə” – “Qarabağ” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun 10 №-li futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 86-cı dəqiqəsində “Qarabağ” klubunun 7 №-li futbolçusu Bilal Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
19 dekabr 2018-ci il, Gənclər Liqasının, “Sabah” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu İsmayıl Zülfüqarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
19 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Qəbələ” – “Mil-Muğan” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 dekabr 2018-ci il, U-16 Liqasının, “Səbail” – “Gəncə TİM” matçının 42-ci dəqiqəsində “Gəncə TİM” klubunun 5 №-li futbolçusu Orxan Rüstəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
22 dekabr 2018-ci il, Boulevard Hotel U-15 Liqasının, “Zirə” – “Sumqayıt” matçının 34-cü dəqiqəsində “Zirə” klubunun 9 №-li futbolçusu Cavidan Bilalzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.2).
22 dekabr 2018-ci il, Boulevard Hotel U-15 Liqasının, “Xilə” – “Sabah” matçının 8-ci dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Elxan Zeynalabdinzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 55-ci dəqiqəsində “Sabah” klubunun 5 №-li futbolçusu Mahir Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
Oyunun 45-ci dəqiqəsində “Sabah” klubunun baş məşqçisi Namiq Allahverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
Oyunun 55-ci dəqiqəsində “Sabah” klubunun məşqçisi Şahin Zeynalov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.4).
23 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Araz Bakı” – UGİM matçının 55-ci dəqiqəsində “Araz Bakı” klubunun 17 №-li futbolçusu Fərhad Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 60-cı dəqiqəsində “Araz Bakı” klubunun 27 №-li futbolçusu Cəlal Məmmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
22 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Zirə” – “Xəzri” matçında “Xəzri” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 dekabr 2018-ci il, U-12 Liqasının, “Keşlə” – “Junior” matçında “Keşlə” klubunun məşqçisi Xəyyam Bəkirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.4).
23 dekabr 2018-ci il, U-10 Liqasının, “Sabah” – “Stars United” matçında “Stars United” klubunun məşqçisi Vaqif Hidayətov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.4).
22 dekabr 2018-ci il, U-10 Liqasının, “Gəncə TİM” – TİM (Gəncə) matçında TİM komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 dekabr 2018-ci il, Yüksək Qızlar Liqasının, “Fidan” – 8 №-li İOEUGİM matçında “Fidan” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının, “Liman” – “Yasamal” FK matçında “Liman” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz”  – EKOL matçının 36-cı dəqiqəsində “Araz” klubunun 11 №-li futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bədr FK Xocalı”  – “Borçalı” matçının 14-cü dəqiqəsində “Bədr FK Xocalı” klubunun 14 №-li futzalçısı Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
Oyunun 14-cü dəqiqəsində “Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının, “Baker Hughes” – “Təbriz” matçında “Baker Hughes” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının U-19   – “Yasamal” FK-B  matçının 23-cü dəqiqəsində U-19 klubunun 3 №-li futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
22 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının, “Abşeron” FK – “Metropoliten” matçında “Abşeron” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 
 
Baş Sponsor 
Partnyorlar