az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.02.2019 Çap
2 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında  “Zirə” və “Sabah” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 25-ci dəqiqəsində  “Sabah”  klubunun 19 №-li futbolçusu  Məqsəd İsayev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun  62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur (maddə 55).
 
 
İntizam Komitəsinin qərarları
3 fevral 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında  hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunur (maddə 60).
3 fevral 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur (maddə 70).
2 fevral 2019-cu il, Region Liqasının, “Araz” (Saatlı) – “Füzuli” matçının 90-cu dəqiqəsində “Araz” klubunun 17 №-li futbolçusu Elgün Miriyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun fasiləsi zamanı “Füzuli” klubunun inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
3 fevral 2019-cu il, Region Liqasının, “Kürmük” (Qax) – “Göyəzən”(Qazax) matçının 90+4-cü dəqiqəsində “Kürmük” klubunun 17 №-li futbolçusu Elməddin Musazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 fevral 2019-cu il, Region Liqasının, “Ərkivan” (Masallı) – “Astara”  matçının 59-cu dəqiqəsində “Ərkivan” klubunun 44 №-li futbolçusu Allahverdi İbayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 fevral 2019-cu il, Gənclər Liqasının, “Qəbələ” – “Sabah” matçının 45+1-ci dəqiqəsində “Sabah” klubunun 2 №-li futbolçusu Xəyyam Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
31 yanvar 2019-cu il, U-16 Liqasının, “Neftçi” – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
31 yanvar 2019-cu il, U-16 Liqasının, “Neftçi” İK İB – “Sabah” matçının 80+1-ci dəqiqəsində “Sabah” klubunun 18 №-li futbolçusu Şahmar Aşurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 2 fevral 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, “Xilə” – “Keşlə” matçı başa çatdıqdan sonra “Xilə” klubunun məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq hakimlər briqadasını təhqir edib, fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə cəzalanır (maddə 38.8) (maddə 42.4).
3 fevral 2019-cu il, Kapital Bank U-14 Liqasının, “Səbail” – “Keşlə” matçının 22-ci dəqiqəsində “Keşlə” klubunun 12 №-li futbolçusu Ağamusa Seyidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 fevral 2019-cu il, Kapital Bank U-14 Liqasının, “Şüvəlan” – “İsgəndər Cavadov” BFA matçının 30-cu dəqiqəsində “İsgəndər Cavadov” klubunun 1 №-li futbolçusu Elmin Qaçaylı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 fevral 2019-cu il, Coca-Cola U-13 Liqasının, “Kürdəmir Gİİ” – UGİM (Göyçay) matçının 34-cü dəqiqəsində UGİM klubunun 18 №-li futbolçusu Ramin Həmidov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3). Oyunun 38-ci dəqiqəsində “Kürdəmir Gİİ” klubunun 8 №-li futbolçusu Əli Hüseynovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 yanvar 2019-cu il, U-16 Qızlar Liqasında “Aran” FK – “Xırdalan” matçının 24-cü dəqiqəsində “Aran” klubunun baş məşqçisi Mahir Bağırlı texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
19 yanvar 2019-cu il, Yüksək Qızlar Liqasının, “Keşlə” – “Veqa” matçında “Veqa” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 yanvar 2019-cu il, U-16 Qızlar Liqasının, “Aran” – 8 №-li İOEUGİM matçında “Aran” FK komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 fevral 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL – “Yasamal” MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Obolon” – “Təbriz” matçının 27-ci dəqiqəsində “Obolon” klubunun 83 №-li futzalçısı Şirin Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Star Karqo” – “Xəzər Astara” matçının 30-cu dəqiqəsində “Xəzər Astara” klubunun 11 №-li futzalçısı Əfsər Hümbətov öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
1 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin Birinci Liqasının ADBTİA – AZMİU matçının 22-ci dəqiqəsində ADBTİA klubunun 15 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar