az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.02.2019 Çap
15 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XV turunun MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67.2).
15 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XV turunun “Ağsu” – “Şüvəlan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
Oyunun 88-ci dəqiqəsində  “Şüvəlan”  klubunun 22 №-li futbolçusu Kamran Əliyev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
“Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur (maddə 55).
15 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XV turunun “Səbail-2” – “Sumqayıt-2” matçında “Səbail-2” klubunun 4, “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
“Sumqayıt-2” klubu oyunöncəsi iclasa 7 dəqiqə geciktiyinə görə klub 80 manat cərimə olunur (maddə 65).
14 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XV turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2”  klubunun 31 №-li futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
Oyunun 89-cu dəqiqəsində “Zaqatala” klubunun 20 №-li futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
14 fevral 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XV turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur (maddə 67.3).
10 fevral 2019-cu il, Region Liqasının “Qoşqar” (Gəncə) – “Şirvan” (Ağdaş) matçının 68-ci dəqiqəsində “Şirvan” klubunun 17 №-li futbolçusu Xəzər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 fevral 2019-cu il, Region Liqasının “Şamaxı” – “Füzuli” matçının 66-cı dəqiqəsində “Füzuli” klubunun 1 №-li futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 76-cı dəqiqəsində “Şamaxı” klubunun 4 №-li futbolçusu Ceyhun Pənahov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
17 fevral 2019-cu il, Region Liqasının “Alyans” (Lənkəran) – “Ərkivan” (Masallı) matçının 71-ci dəqiqəsində “Ərkivan” klubunun 55 №-li futbolçusu Allahverdi İbayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 fevral 2019-cu il, Gənclər Liqasının “Zirə”  – “Səbail” matçının 90+3-cü dəqiqəsində “Səbail” klubunun 11 №-li futbolçusu Ramin Məhərrəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 fevral 2019-cu il, Gənclər Liqasının “Qarbağ” – “Keşlə” matçının 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Fərid Süleymanlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
13 fevral 2019-cu il, Gənclər Liqasının “Keşlə” – “Səbail” matçının 65-ci dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Vidadi Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90+4-cü dəqiqəsində “Keşlə” klubunun 22 №-li futbolçusu Akşin Eyyubov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır  (maddə 42.3).
13 fevral 2019-cu il, Gənclər Liqasının “Qarabağ” – “Neftçi” matçının 37-ci dəqiqəsində “Neftçi” klubunun 12 №-li futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 fevral 2019-cu il, Bakcell U-17  Liqasının “Neftçi” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Nihat İmanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 75-cı dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Vüqar Quliyev  hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).
17 fevral 2019-cu il, Bakcell U-17  Liqasının “Keşlə” – “Mil-Muğan” matçının 30-cu dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu İlkin Abbaslı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 fevral 2019-cu il, Boulevard U-15 Liqasının, BFA – “Mil-Muğan” matçı başa çatdıqdan sonra “Mil-Muğan”ın 5 №-li futbolçusu Nihat Həşimli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
16 fevral 2019-cu il, Boulevard U-15 Liqasının, “Xilə” – “Sumqayıt” matçında  “Xilə” klubunun icraçı direktoru Fuad Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
Oyunun 67-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Hikmət Hüseynov  hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
16 fevral 2019-cu il, Boulevard U-15 Liqasının, “Neftçi” İK İB – “Qarabağ” matçında “Neftçi” İK İB klubunun baş məşqçisi Ramil Həbibov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
16 fevral 2019-cu il, Coca-Cola U-13 Liqasının “Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun baş məşqçisi Zəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
16 fevral 2019-cu il, Coca-Cola U-13 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Şahdağ” FK matçında “Şahdağ” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
16 fevral 2019-cu il, U-12 Liqasının “Şirvanovka” (Qusar) – “Neftçi” İK İB matçında “Şirvanovka” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 fevral 2019-cu il, U-12 Qızlar Liqasının “Keşlə” (Bakı) – “Mil-Muğan” (İmişli) matçında “Keşlə” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Füzuli”  – AZMİU  matçının 5-ci dəqiqəsində “Füzuli” klubunun 6 №-li futzalçısı Murad Gülməmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 fevral 2019-cu il, futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski”  matçında “Sovetski”  klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 48).
17 fevral 2019-cu il, futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gilan”  matçında “Gilan” klubunun heyətində protokolda adı olmuyan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 48).
 

 
Baş Sponsor 
Partnyorlar