az en
News / Təmsilçimiz ¼ finala vəsiqə qazanıb

Təmsilçimiz ¼ finala vəsiqə qazanıb

Əlillər futbolu Dərc olundu: 31.01.2018 Çap
İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
 
Təmsilçimiz ¼ finala vəsiqə qazanıb
Eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" qrup mərhələsinin son oyun günündə əvvəlcə yerli “Alcala De Henares” komandası ilə qarşılşıb və 6:1 hesabı ilə qələbə qazanıb. Növbəti oyunda Belçikanın “Zebre Çarleroi” komandası ilə üz-üzə gələn təmsilçimiz meydanı növbəti dəfə qalib tərk edib – 4:2. Beləliklə keçirdiyi dörd oyunun üçündə qələbə qazanan və bir qarşılaşmada məğlub olan “Ulduz” ¼ final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz fevralın 1-də, Bakı vaxtı ilə saat 16:00-da Fransanın “Reims” komandası ilə görüşəcək. 
 
Baş Sponsor 
Partnyorlar