az en
News / Yığmamız Avstriya komandası ilə qarşılaşacaq

Yığmamız Avstriya komandası ilə qarşılaşacaq

U-17 Dərc olundu: 27.10.2016 Çap
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün Avstriya komandası ilə qarşılaşacaq.
Yığmamız Avstriya komandası ilə qarşılaşacaq
Rumıniyanın Buftya şəhərindəki FRF Futbol Mərkəzinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
 
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
 
Baş Sponsor 
Partnyorlar