az en
News / Yığmamız qələbə qazanıb

Yığmamız qələbə qazanıb

U-19 Dərc olundu: 14.02.2019 Çap
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.
U-19 hazırlıq çərçivəsində sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.
 
Yığmamız qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar