az en
News / AFFA Hakimlər Komitəsi yeni hakim namizədlərinin hazırlığına başlayıb (fotolar)

AFFA Hakimlər Komitəsi yeni hakim namizədlərinin hazırlığına başlayıb (fotolar)

Hakimlər Dərc olundu: 29.01.2024 Çap
Hakim və köməkçi hakim olmaq istəyən şəxslər üçün bir həftəlik kurs keçirilib. 
AFFA Hakimlər Komitəsi yeni hakim namizədlərinin hazırlığına başlayıb (fotolar)
UEFA-nın başlatdığı “Be a Referee” (“Hakim ol”) kampaniyasından yararlanan şəxslər fərdi müsahibəyə dəvət olunub. İlkin mərhələni uğurla keçən namizədlər daha sonra nəzəri hazırlıq, meydan çalımaları ilə kursu başa vurublar. Türkiyəli ekspert Hamza Işın tərəfindən təşkil olunan kursa qadın namizədlərin də marağı yüksək olub. Kursu uğurla tamamlayan namizədlər sabiq FIFA referiləri Ömər Paşayev və Rəhim Həsənovun verdiyi müxtəlif nəzəri təlimlər və fəaliyyətlərlə təhsillərini davam etdirirlər. Sonrakı mərhələdə oyun qaydaları imtahanını və fiziki testləri uğurla verəcək namizədlər aşağı kateqoriyalı oyunlardan başlayaraq hakimliyə ilk addımlarını atacaqlar.
AFFA hakim olmaq istəyən şəxsləri qeyd olunan link https://www.affa.az/index.php/news/hakim-olmaq-istynlrin-nzrin/64380 vasitəsilə müraciət etməyə dəvət edir.  
 
 
 
Baş Sponsor 
Partnyorlar