az en
News / AzMİU-da futzal turniri keçirilib (fotolar)

AzMİU-da futzal turniri keçirilib (fotolar)

Turnir Dərc olundu: 09.05.2024 Çap
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.
AzMİU-da futzal turniri keçirilib (fotolar)
AzMİU-nun idman zalında təşkil edilən final görüşündə İnşaat fakültəsinin komandası Nəqliyyat fakültəsinin kollektivini 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Qalibə kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Şamaxı Regional Futbol Məktəbinin koordinatoru Vəli Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru Akif Qasımov birlikdə təqdim ediblər.
Həmçinin, ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.
 
Baş Sponsor 
Partnyorlar