az en
News / Avro-2020: AFFA tender elan edir

Avro-2020: AFFA tender elan edir

AFFA Dərc olundu: 29.03.2021 Çap
Avro-2020 çərvəsində 32 ədəd kompüter, 1 ədəd printer və 3 ədəd proyektor alınması üçün AFFA tender elan edir.
 
Avro-2020: AFFA tender elan edir
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
Tenderin müddəti: 2 həftə (son tarix: 12 aprel 2021-ci il, saat 17:00)
Təhvil verilmə tarixi: 3 may kompüterlər, 17 may printer və proyektor
Ödəniş şərtləri: 50% ödəniş müqavilə imzalandıqdan, 50% ödəniş mallar təhvil verildən
Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar