az en
News / Avro-2023: Seçmə mərhələnin püşkü atılacaq

Avro-2023: Seçmə mərhələnin püşkü atılacaq

U-21 Dərc olundu: 26.01.2021 Çap
Yanvarın 28-də İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq 2022-ci ilin iyun ayında başa çatacaq.
 
Avro-2023: Seçmə mərhələnin püşkü atılacaq
Səbətlərin tərkibi aşağıdakı kimidir:
 
1-ci səbəti: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbəti: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbəti: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbəti: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbəti: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbəti: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino
 
Baş Sponsor 
Partnyorlar