az en
News / Azərbaycan – Qazaxıstan: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Qazaxıstan: Akkreditasiya üçün qeydiyyat

Futzal Dərc olundu: 28.09.2023 Çap
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri sentyabrın 29-dək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan – Qazaxıstan: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi KİV vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 29 sentyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor 
Partnyorlar