az en
News / “Belə komandalara qarşı oynamaq böyük motivasiyadır”

“Belə komandalara qarşı oynamaq böyük motivasiyadır”

Məşqçilər Dərc olundu: 09.10.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Bəhlul Mustafazadənin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Belə komandalara qarşı oynamaq böyük motivasiyadır”
Ayxan Abbasov: “Bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.
Bəhlul Mustafazadə: “Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
 
Baş Sponsor