az en
News / “Bizi maraqlı bir yarış gözləyir”

“Bizi maraqlı bir yarış gözləyir”

Millətlər Liqası Dərc olundu: 03.03.2020 Çap
UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov affa.az saytına bunları deyib:
 
“Bizi maraqlı bir yarış gözləyir”
“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.
 
Baş Sponsor 
Partnyorlar