Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə, “Todor Proeski Milli Arena”da Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu Albaniyadan olan hakimlər idarə edəcək:
Baş hakim: Enea Jorgji
Baş hakimin köməkçiləri: İlir Tartaraj, Dojando Myftari
Dördüncü hakim: Jovan Kachevski (Şimali Makedoniya)