Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Millimiz Slovakiyanın Levice şəhərindəki Levice İdman zalında Slovakiya yığması ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Finlandiyadan olan hakimlər idarə edəcək:
Slovakiya – Azərbaycan
Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula (Slovakiya)
Timekeeper: Miroslav Jezik (Slovakiya)
Hakim-inspektor: Perry Gautier (Belçika)