21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Millimiz səfərdə Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmasını Gürcüstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: İrakli Kvirikashvili
Baş hakimin köməkçiləri: Giorgi Elikashvili, Davit Chigogidze
Dördüncü hakim: Giorgi Avazashvili