az en
News / "Bunun üçün böyük şansımız var idi"

"Bunun üçün böyük şansımız var idi"

Futzal Dərc olundu: 01.02.2020 Çap
DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində bu gün Slovakiya yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra affa.az saytına açıqlama verib:
 
"Bunun üçün böyük şansımız var idi"
“Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma oyunçularımın qələbə istəyinin çox olması buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi bu vaxt əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi.
Hələ heç nə bitməyib, şansımız davam edir. Biz qələbə qazansaydıq da, sonuncu oyunun nəticəsini gözləməli idik. Həmin matçda da Xorvatiyanın yenilməməsini, və ya Rusiyanın 3-4 top fərqi ilə qələbə qazanmasını gözləyəcəkdik. İndi Rusiya – Xorvatiya oyununda ikincilərin məğlub olmaması bizim üçün kifayət edəcək”. 
 
Baş Sponsor 
Partnyorlar