Xəbər verdiyimiz kimi, İtaliya Futbol Federasiyası tərəfindən İtaliya yığmasının 1934, 1938, 1982 və 2006-cı illərdə qazandığı dünya kubokları Bakıya gətirilib.
Oktyabrın 10-da gün ərzində kuboklar AFFA-nın partnyoru, Azərbaycan milli yığma komandalarının sponsoru AccessBank-ın inzibati binasında, eləcə də Bakı Olimpiya Stadionunda nümayiş olunub, azarkeşlər kuboklarla şəkil çəkdirmək imkanı qazanıblar.