az en
News / FİFA nümayəndəsinin iştirakı ilə treninqlər keçirilib (fotolar)

FİFA nümayəndəsinin iştirakı ilə treninqlər keçirilib (fotolar)

FİFA Dərc olundu: 14.06.2022 Çap
Premyer Liqa, Birinci divizion klubları, Region və AFFA U-19 liqalarınına təyinat alan hakimlər, Milli Komanda, Hakimlər departamentinin və Yarışların Təşkil şöbəsinin nümayəndələrinin iştirak ilə iyunun 13-də və 14-də AFFA-nın inzibati binasında FİFA nümayəndəsi Thies Hannes və “Genius Sport” şirkətinin nümayəndəsi Augustinas Pakulis tərəfindən “Yarışların idarəetmə sistemi” (FCMS) mövzusunda təqdimat və treninqlər keçirilib.
 
FİFA nümayəndəsinin iştirakı ilə treninqlər keçirilib (fotolar)
“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platfoma üzərində sinxronlaşdırılıb. Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkmilləşdirmək imkanları verəcək.
 
Bura daxildir:
 
Bütün yaş və səviyyələr üzrə yarışların idarəedilməsi;
Klublar tərəfindən sifarişlərin və protokolların platforma üzərindən doldurulması;
Hakimlik idarəetmə mexanizmi;
Milli komandalar.
 
Qeyd edək ki, “Yarışların idarəetmə sistemi”nin tam tətbiqi 2023/2024-cü illər mövsümündən nəzərdə tutulur.
 
Baş Sponsor 
Partnyorlar