az en
News / FIFA-dan “Qarabağ”a təbrik

FIFA-dan “Qarabağ”a təbrik

FİFA Dərc olundu: 01.06.2023 Çap
FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib. Məktubun məzmununu diqqətinizə çatdırırıq:
 
FIFA-dan “Qarabağ”a təbrik
Cənab Rövnəq Abdullayev
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 
Sürix. 31 may 2023-cü il
 
“Qarabağ” FK-ya təbrik
 
Hörmətli prezident,
“Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!
Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.
Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.
Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
Gianni İnfantino
 
Baş Sponsor 
Partnyorlar