az en
News / Geyim dəstləri və forma ilə bağlı tender

Geyim dəstləri və forma ilə bağlı tender

AFFA Dərc olundu: 12.10.2020 Çap
AFFA-nın təşkilatçılığı ilə keçirilən həvəskar statuslu Region Liqası turnirinin 2020/21-ci il mövsümü üçün geyim dəstləri və forma alınması məqsədilə AFFA tender elan edir.
Müvafiq məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Geyim dəstləri və forma ilə bağlı tender
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu, həmçinin forma nümunələri və kataloqu 20.10.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
Ödəniş şərtləri: 50% öncədən, 50% mallar çatdırıldıqdan sonra
Çatdırılma müddəti: 09.11.2020-ci il tarixinədək
Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar