AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
UEFA Çempionlar Liqasının H qrupunda, dekabrın 13-də, Belçikanın Deurne şəhərində keçiriləcək “Royal Antverp” (Belçika) - “Barselona” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.